!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Holland polisi türk naziri nəzarət altında deport etdi- VİDEO - Yenilənir - 5

!Reklam – Yazi

Hollandiya polisindən daha bir skandal qərar. Yeniçağ.az-ın Hollandiyadakı soydaşlarımızdan aldığı xəbərə görə, holland polisi Türkiyənin ailə və sosial siyasət naziri Betül Sayan Kayanı həbs edib.

Hazırda nazirin polis bölməsinə götürülməsi gözlənilir.

Qaynaqlar bildirirlər ki, holland polisinin türk naziri saxlama qərarı var.

Tamamilə qanunsuz və beynəlxalq hüquq normalarına zidd addım Hollandiyadakı türkləri ayağa qaldırıb. Türkiyə isə məsələni diplomatik yollarla çözməyə çalışır.

***

“Röyters”in xəbərinə görə, türk nazir Hollandiyadan deport edilməsi üçün Almaniya sərhədinə aparılır. Cangüdən və köməkçilərinin bəzilərinin həbs olunduğu bildirilir.

Türk nazirin avtomobilinin evakuatorla aparılması

Türk nazir Kaya öz sosial media hesabından açıqlama verərək, qeyd edib ki, “Demokratik və insani dəyərlər ayaqlar altına alınaraq, Nimnejen sərhədindən Almaniyaya aparılıram. Bir qadın nazirə qarşı bu faşist münasibətə dünyanın susmaması lazımdır”.

 

Yeniçağ.az

www.yenicag.az

755
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv