!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hollandiya erməni yalanına sığındı - Türkiyə qınadı

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Hollandiya parlamentinin Nümayəndələr palatası uydurma “erməni soyqırımı”nı tanımasına dair qətnamə qəbul edib.

Yenicag.az-ın məlumatına görə, rəsmi Ankara sözügedən qətnaməni pisləyib.

Bu barədə qardaş ölkənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir:

“Niderland parlamentinin Nümayəndələr palatasının 1915-ci il hadisələrini “soyqırımı” kimi tanınmasına dair qətnamə qəbul etməsini şiddətlə pisləyirik. Avropanın mərkəzindəki Srebrenitsa faciəsini indiyədək soyqırımı kimi tanımayan ölkənin parlamentinin bu əsassız qərarının nə tarixlə, nədə ki hüquqla heç bir əlaqəsi yoxdur. Deməli, o heç bir hüquqi qüvvəyə malik deyil”, – deyə bəyanatda qeyd edilir.

“1915-ci il hadisələrinə dair Türkiyənin mövqeyi tarixi faktlara və hüquq normalarına əsaslanır. Avropa İnsan Haqları Məhkəməsinin qərarı da bu məsələdə haqlı olduğumuzu təsdiqləyir”.

 

www.yenicag.az

6407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv