Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Hollandiya futbolunda yenilik

Reklam: High Technic

Növbəti mövsümdə futbol üzrə Hollandiya çempionatında sənət dolu bir top istifadə olunacaq.

Yenicag.az xəbər verir ki, 2019-cu il Hollandiyada məşhur niderland rəssamı və qrafiki Rembrandtın ölümünün 350-ci ildönümü ilə əlaqədar “Rembrandt ili” elan edilib. Bu səbəblə liqanın topunda rəssamın əl işlərindən ibarət sənət əsərləri həkk olunacaq.

XVII əsrin görkəmli rəssamı olan Rembrandt(1606-1669) dünya rəngkarlığının zirvələrindən biridir. Onun işıq-kölgə effektlərindən məharətlə istifadə edərək yaratdığı psixoloji rəsmlərindəki hər bir obraz ayrıca fərddir. O, rəssamlıq tarixində “Danaya”, “Gecə qarovulçusu”, “Müqəddəs ailə”, “Səfil oğlun qayıtması”, “Avtoportret” və s. əsərləri ilə şöhrət qazanıb. Rəssamın zəngin irsindən günümüzə qədər 60-a yaxın avtoportret, 300 ofort və 1000-dən artıq rəsm gəlib çatıb.

Qeyd edək ki, dünyanın ən məşhur muzeylərində rəssamın sənət əsərlərindən ibarət nümunələr saxlanılaraq nümayiş olunur.

Tahirə Nur

www.yenicag.az

1670
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM