Hollandiya millisinin sabiq futbolçusunun könüllü ölümü

“Qlazqo Reyncers”dəki çıxışı ilə tanınan keçmiş futbolçu Fernando Riksen 28 iyunda azarkeşləri və Şotlandiya xalqı ilə canlı yayımda vidalaşacaq.

Yenicag.az “sports.ru”ya istinadən xəbər verir ki, şiddətli ağrılar və xəstəlikdən əziyyət çəkən Riksen evtanaziya ediləcək.

“Evtanaziya – sağalmaz xəstəlikdən əziyyət çəkən insanın öz razılığı ilə həyatdan məhrum edilməsidir. 28 iyun mənim üçün xüsusi gündür. Son gecəm olacaq. Gəlin, bu gecəni unudulmaz edək” – Riksen hər kəslə belə vidalaşıb.

Qeyd edək ki, Hollandiya millisinin keçmiş üzvü olan Riksen “Fortuna Sittard”, “AZ Alkmaar”, “Qlazqo Reyncers” və “Zenit” klublarının formasını geyinib.