Hollandiya parlamentindəki qondarma “erməni soyqırımı” layihəsinə qarşı reaksiyalar çoxalır. Avropa İnsan Haqları Məhkəməsinin əsas qərarından sonra bu təşəbbüslərin heç bir əhımiyyəti yoxdur”.
Türkiyənin Vətən Partiyasının Avropa üzrə nümayəndəsi Beyhan Yıldırım Almaniyadan Yenicag.az-a açıqlama verib:
“Xristian İttifaqı”nın (CU) millət vəkili iddia edib ki, Hollandiya Haaqa beynəlxalq cəza məhkəməsinin mərkəzidir, ona görə də “erməni soyqırımı” məsələsinin parlamentdə gündəmə gətirilməsi həm təbii haldır, həm də qanunidir. Elə isə onun bu təşəbbüsü həm Hollandiya məhkəməsinin, həm də Avropa İnsan Haqları Məhkəməsinin bağlayıcı qərarlarına ziddir. Avropa İnsan Haqları Məhkəməsi Perinçek-İsveçrə münaqişəsində 1915-ci il hadisələrinin yəhudi soyqırımı ilə heç bir yaxınlıq ərz etmədiyini və ona görə də o hadisələrin soyqırım şəklində xarakterizə edilə bilməyəcəyini açıq şəkildə ortaya qoymuşdur. AİHM-in o qərarından sonra İsveçrə öz qanunlarında dəyişikliklər etməyə məcbur qalmışkən, bəzi ölkələr də öz qanunlarında dəyişiklik etməyə hazırlaşarkən, Hollandiya parlamentinə qondarma “erməni soyqırımı” ilə bağlı təklif gətirilməsi son dərəcədə dayaz bir fikrin məhsuludur. Bu cür təşəbbüslərin heç bir faydası yoxdur. Bu siyasətçilər Türkiyənin terror təşkilatlarına qarşı qətiyyətli əməliyyatlar aparmaqla məşğul olduğunu və başının qarışdığını düşünərək, qondarma “erməni soyqırımı” kimi bəsit məsələlərdən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. Hollandiyadakı təşəbbüsə necə qarşı çıxmışıqsa, Avropanın o biri ölkələrində də bu cür təşəbbüslərə qarşı çıxacağıq”.