Hollandiyanın Lahey, Amsterdam və Roterdam bölgələrində etiraz edən “Sarı jiletlilər” hökümətin istefasını tələb edib.
Yenicag.az xəbər verir ki, etirazçılar “Rute istefa”, “Rədd ol Rute” şüarları səsləndirib.
Aksiyalar zamanı nümayişçilər BMT qətnamələri, pensiya yaşı, tibb və təhsil qiymətləri və miqrantlar barəsində hökümətin həyata keçirdiyi siyasətdən narazılıqlarını dilə gətirib.
Laheydə, Milli Məclis önündə toplanan nümayişçilər Baş Nazir Rutenin birbaşa gəlib onları dinləməsini tələb edib.
Həşim Səhrablı