!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hollandiyada etiraz aksiyası: "Hər kəs azad olana qədər heç kimsə azad deyil"  

!Reklam – Yazi

Avropa Birliyinin (AB) anti-qaçqın və immiqrantlara qarşı siyasəti Hollandiyanın Lahey şəhərində etirazlara səbəb olub.

Yenicag.az xəbər verir ki, “Anti-faşist Hərəkat” adı altında keçirilən etiraz aksiyalarında ölkədə olan qaçqınlarla bərabər bir çox yerli sakin də qatılıb.

Beynəlxalq Ədalət Məhkəməsi qarşısında toplaşan nümayişçilər, “Heç kəs qaçqın deyil”, “Qaçqınlara qapımız açıq olmalıdır” və “Hər kəs azad olana qədər heç kimsə azad deyil” şəklində yazılar yazılmış plakatlar açıb.

“Dünya hamınındır”, “sərhədləri açın”, “sərhədlərə yox, irqçiliyə yox, zülmü və sürgünü dayandırın” şüarları da nümaniyşçilərin dilindən eşidilib.

Etiraz nümayişində edilən çıxışların birində, vətənlərindən döyüş səbəbiylə qaçan qaçqınlar və uşaqların müharibə şəraitində olan ölkələrə geri qayıtmağının, xüsusən, həmin uşaqların gələcəyi üçün çox riskli və bu risklərə göz yunmağın insanlığa zidd bir hal olduğu bildirilib.

Nümayişçilər Avropada sərhədlərin qaçqınların üzünə bağlanılmasını tənqid edərək sərhədlərin açılmasını tələb ediblər.

www.yenicag.az

5633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv