!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Alim Qasımov Hollandiya kanalında

!Reklam – Yazi

10847092_992160647466684_154714094_nHollandiyanın NPO2 kanalında Alim Qasımov haqqında reportaj yayımlanacaq

6-7 dekabr 2014-ci il tarixində Hollandiyanın NPO2 dövlət kanalında Alim Qasımov və Fərqanə Qasımova haqqında reportaj yayımlanacaq.

Bu barədə Hollandiya Azərbaycan Evi Təşkilatının sədri Elxan Mirhəşimli bildirib.

Təşkilat sədri qeyd edib ki, reportajda İslam mədəniyyəti və Nederland-Azərbaycan adət-ənənələri, mədəniyyəti haqqında danışılacaq.
“Həmçinin,Qarabağ məsələsinə toxunulacaq və onun başvermə səbəblərinə diqqət yetiriləcək. Eyni zamanda reportajda Qarabağ muğamı haqqında da söz açılacaq. Belə bir verilişin Hollandiyanın nüfuzlu telekanalında yayımlanması, Azərbaycanın Avropada tanıdılması baxımından uğurlu addımdır”,-deyə təşkilat sədri əlavə edib.
Onu da qeyd edək ki, reportaj Hollandiyada yaşayan türk əsilli jurnalist Burhannettin Çarlak tərəfindən ərsəyə gətirilib.

Elnur Eltürk

www.yenicag.az

599
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv