!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hollandiyadan çirkin açıqlama: "Türkeş gəlməsin!"

!Reklam – Yazi

Hollandiya hökuməti, Türkiyənin baş nazirinin köməkçisi Toğrul Türkeşin Hollandiyada təşkil ediləcək görüşdə iştirak etməsini istəmədiklərini bəyan edib.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hollandiyada yaşayan türk vətəndaşlar 15 iyul çevriliş cəhdinin ildönümü ilə əlaqədər tədbir keçirtməyə hazırlaşırlar.

Hollandiya Xarici İşlər Nazirliyindən məsələ ilə bağlı verilən açıqlamada qeyd edilib ki, hökumət iki ölkə arasındakı ikitərəfli əlaqələrin hazırkı vəziyyətini nəzərə alaraq, Türkeşin ya da Türkiyə hökumətinin başqa bir üzvünün bu tədbirə qatılmasını istəmir.

Qeyd edək ki, mart ayında keçirilən parlament seçkilərində də, Türkiyədəki Konstitusiya referendumu məsələsində də ölkədəki türklərlə görüş keçirtmək üçün Hollandiyaya getmək istəyən nazirlərin arzuolunmaz qonaq olduğu bildirilmişdi. Bu açıqlamaya baxmayaraq, Hollandiyaya gedən ailə və sosial siyasət naziri polis tərəfindən ölkədən çıxarılmışdı. Hollandiya XİN bu qərarın mart ayında baş verən hadisələrin nəticəsi olduğunu vurğulayıb.

Yenicag.az

www.yenicag.az

963
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv