Yenicag.az xəbər verir ki, bir müddət əvvəl Türkiyəyə istirahət edən məşhur aktrisa Lindsay Lohanın başına iş gəlib.
30 yaşlı aktrisa bu xəbəri sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Məlumata görə, Türkiyədə gəmi gəzintisinə çıxan Lohanın qəza nəticəsində barmağı qopub.
Aktrisa, paylaşdığı fotoya”Demək olar ki, barmağımı itirdim. Bəli, əslində barmağımı yarısını itirdim. Amma Allaha şükür qopan parçanı tapdıq və əməliyyatla yerinə tikildi. Çox pis ağrıyır”deyə, şərh yazıb.