Hollivudda atışma: 7 yaralı

ABŞ-ın Los Anceles şəhərinin Şimali Hollivud rayonunda atışma baş verib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, atışma yerli vaxtka təxminən saat 01:00-da fərdi evdə şənlik zamanı baş verib.

Atışma nəticəsində 7 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Yaralananlardan 5-nin kişi, 2-nin isə qadın olduğu bildirilir.

İnsidentin digər təfərrüatları açıqlanmır.