Hollivudun ən qocaman aktrisası öldü

Amerikalı aktrisa Konni Soyer 106 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, o, Los-Ancelesdəki evində dünyasını dəyişib.

Lakin bununla belə, aktrisanın ölümünün dəqiq səbəbləri hələlik müəyyən edilməyib.

Hollivudun ən qocaman aktrisası hesab olunan K.Soyer 1953-cü ildə karyerasına başlayıb, son dəfə 2013-cü ildə kinoya çəkilib.