“Hollywood”un məhşur aktrisası “porno” filmlər qalmaqalına cavab verdi: “Boşuna vaxt itkisidir” – FOTO

“Hollywood”un məhşur aktrisası Şarlet Johanson adının hallandığı porno videolarla bağlı açıqlama verib.

Yenicag.az xəbər verir ki, aktrisa bunarın həqiqəti əks etdirmədiyini söyləyib.

Qeyd edək ki, “Hollywood”un iki baxımlı aktrisası Şarlet Johanson və Cenifer Lorenin adı porno filmlərdə hallanır.

Belə ki, özgedən filmlərdə aktrisaların üzlərindən istifadə olunub. İzləycilər bunu real videolar kimi qəbul etsə də Şarlet həmin videolarla əlaqəsinin olmadığını bildirib.

Aktrisa “The Washington Post”a açıqlamasında bu cür xəbərləri  inkar etmək üçün vaxt ayırmağın boşuna zaman itirmək olduğunu vurğulayıb:

“İnsanların razılığı olmadan bu cür videoların çəkilib yayılması qanuna zidd bir haldır. İnternet geniş kütləyə qısa zamanda çatmağı bacaran bir vasitədir. Bu cür hallarda diqqətli olmaq lazımdır. Belə hadisələrlə tez-tez rastaşıram. Əsl reallıq odur ki, özünü bu cür xəbərlərin yayılmasına həsr etmək boşuna zaman itkisidir” – deyə aktrisa əlavə edib.

COP29