Bu gün Beynəlxalq Holokost qurbanlarının anım tarixidir. Polşada bu gün Osventsimin azad edilməsinin 70-ci ildönümü münasibətilə kütləvi tədbirlər keçiriləcək.
Yenicag.az apa-ya istinadən bildirir ki, bu günün məhz yanvarın 27-də qeyd edilməsi Polşada faşistlərin Osventsim əsir düşərgəsinin azad etməsi ilə bağlıdır. Həmin gün isə İkinci Dünya Müharibəsi ərzində ən mühüm tarix hesab edilir. 1945-ci ilin 27 yanvarında Sovet ordusu – faşistlərin, yüz minlərlə yəhudi, polyak, rus, qaraçı və digər millətlərdən olan əsirləri öldürdüyü Osventsim əsir düşərgəsinə daxil olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakı Slavyan Universiteti ilə birgə Beynəlxalq Holokost qurbanlarının anım gününə həsr olunan dəyirmi masa keçirib. Tədbirdə yəhudi əsilli Millət vəkili Yevda Abramov çıxış edərək deyib ki, Holokost və Xocalı soyqırımı arasında bənzərlik var, amma təəssüflər olsun ki, bu gün Xocalını Holokost kimi bütün dünya tanımır.
Millət vəkili Holokostun hüquqi sənədlərinin hazırlanıb Nyunberq məhkəməsinə təqdim edildiyini deyib.