Türkiyədə homoseksual din xadimi öz tələbələrinə qarşı əxlaqsızlıqda ittiham olunub.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni təriqətlə çıxış edən homoseksual din xadiminin öz müridlərinə qarşı seksual davranışları diqqət çəkib. Belə ki, təriqət başçısının bir qrup müridi hüquq-mühafizə orqanlarına müraciət edərək, özünü şeyx kimi təqdim edən ilahiyyatçının kişi tələbələrinə qarşı seksual hərəkətlər nümayiş etdirdiyini bildirib. Şikayətçilər arasında 20 yaşlı tələbə ilahiyyatçının dəfələrlə onun dodaqlarından öpdüyünü iddia edib.
Araşdırmalar zamanı məlum olub ki, özünü sözdə “xəlifə” olaraq tanıdan ilahiyyatçı S.I bir neçə dəfə kişi müridlərini cinsi istismara məruz qoyub. Konya şəhər hüquq-mühafizə orqanlarının məlumatına görə, sözügedən “şeyx” 2008-2017-ci illərdə 17-22 yaşlı 5 nəfər kişi müridinə cinsi təcavüz edib.
Qeyd edək ki, homoseksual din xadimini 70 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.