“Honda” 95 minə yaxın avtomobili geri çağırdı – SƏBƏB

“Honda” şirkəti Çin bazarında 95 minə yaxın avtomobili geri çağırıb.

Yenicag.az-ın məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Qeyd olunur ki, yastıqlar işə düşdüyü zaman parçalana bilər, bu isə sürücü və sərnişinlərin həyatı üçün təhlükə yaradır.

Geri çağırılma 2002-ci ilin noyabrından 2015-ci ilin iyununa kimi Çində istehsal olunmuş “Crosstour”, “Fit”, “City”, “Accord”, “Odyssey” və “Everus S1” modellərinə şamil olunub./Trend/