Honkonqda iki ikimərtəbəli avtobus toqquşdu – 77 yaralı

Honkonqda iki ikimərtəbəli sərnişin avtobusu toqquşub.

Yenicag.az xəbər verir ki, bu barədə RTHK radiostansiyası məlumat yayıb.

Məlumata görə, hadisə şəhərin mərkəzi hissəsində, “Tay Lam” dağ tunelinin çıxışında baş verib.

Qəza nəticəsində 77 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edilir ki, hadisə yerinə 15 yanğınsöndürən və 25 təcili yardım briqadası cəlb edilib.

Qəzanın səbəbləri hələlik məlum deyil, araşdırılır.