!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hotel biznesində BÖYÜK ÇÖKÜŞ: Gəlirlər 72 faiz azalıb - İqtisadçının ŞƏRHİ

!Reklam – Yazi

“Bundan sonrakı dönəmdə dövriyyənin azalması turizm sektorunda işsizlik problemi yarada bilər”.

Bunu bu ilin yanvar-sentyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandakı hotellərin gəlirlərinin 72 faizə qədər azalmasınin fəsadlarını dəyərləndirən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Natiq Cəfərliyə görə, pandemiya dövrünün hotelçilik sahəsinə vurduğu zərbə bu sektorda işsizliyə yol aça bilər:

“Pandemiya dövründə turizm sektoru çox ciddi zərbə ilə üzləşib. Xüsusilə də, hotelçilik sahəsində mövcud problemlər dünya üzrə eyni səviyyədə olub.

Rəsmi rəqəmlərə görə, Azərbaycanda turizm sektorunda çalışanların sayı 24 min nəfər civarındadır. Bununla yanaşı, müqaviləsi olmadan, yan sahələrdə çalışanların da sayı 80-90 min nəfərə çatırdı.

Bundan sonrakı dönəmdə dövriyyənin azalması turizm sektorunda işsizlik problemi yarada bilər. Nəticədə bir çox hotel və turizm şirkətlərinin müflisləşəcəyi ehtimalı yüksəkdir.

Çox güman ki, dünyada da eyni proseslər gedir. Ona görə də hotellərin gəlirlərinin azalmasının yaratdığı fəsadlar özünü açıq şəkildə göstərəcək”.

Gülşən Şərif

www.yenicag.az

984
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv