Türkiyənin Bolu şəhərində yerləşən xizək mərkəzinin hotelindəki yanğında ölənlərin sayı artıb.
Yenicag.az xəbər verir ki, bu barədə Bolu Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, daha 3 nəfərin cəsədi müəyyənləşdirilib. Beləliklə, ölənlərin sayı 79-a yüksəlib.
Bundan başqa, yanğınla bağlı Bolu Bələdiyyəsinin 2 vəzifəli şəxsi saxlanılıb. Bununla saxlanılanların sayı 11-ə çatıb.