Hotellərdə 213 cərimələmə halı qeydə alındı – RƏSMİ

“Bu günə qədər hotellərdə pandemiya ilə bağlı aparılan monitorinqlər nəticəsində 213 cərimə tətbiq edilib”.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov monitorinq tədbirlərinin nəticələri barədə məlumat verərkən deyib.

O əlavə edib ki, bu, heç də ölkə üzrə 213 hotelin cərimələnməsi demək deyil:

“2020-ci ilin avqustun 24-dən 2021-ci ilin fevralın 21-dək müvafiq qurumlar tərəfindən bu dövr ərzində ölkədə fəaliyyət göstərən 374 hoteldə ümumi olaraq 11 min 244 sayda monitorinq aparılıb. Bəzi hotellər prosesin icrasında bir neçə dəfə cərimələniblər. Bu proses gündəlik olaraq davam edir. Təbii ki, məqsədimiz cərimələmək deyil, məqsədimiz ondan ibarətdir ki, hotellər məsuliyyətlərini daha yaxşı dərk etsinlər və qəbul edilmiş qaydalara riayət etsinlər”.

COP29