!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Huawei yeni büdcəli smartfon modelini təqdim etdi - Qiyməti

!Reklam – Yazi

Huawei şirkəti Enjoy 10 adlı büdcəli smartfon modelini təqdim etdi.

Yenicag.az xəbər verir ki, Huawei şirkəti Çində Enjoy 10 adlı büdcəli smartfonun təqdimatını keçirdib. 200$-dan aşağı qiymət göstəricisinə sahib bu smartfon modeli orta səviyyəli prosessor, böyük həcmli batareya, üzərində çıxıntı hissəli ekran və ikili arxa kamera əldə edib. Beləliklə Huawei Enoy 10 smartfonu HD+ keyfiyyətli 6.39 düym IPS ekrana sahibdir. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşdirilib. Smartfonda barmaq izi skanı texnologiyası yoxdur.

Enjoy 10 modeli Kirin 710F prosessoru vasitəsilə çalışır və GPU Turbo 3.0 texnologiyasının dəstəyini əldə edib. Bu texnologiya isə öz növbəsində oyunlar zamanı smartfonun resurslarını bərabər paylamağa imkan verir. Digər texniki özəlliklərə gəldikdə isə smartfon 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.8 diafraqmalı) + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Smartfon sürətli şarj texnologiyasını dəstəkləmir. Yeni smartfon EMUI 9.1 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Huawei Enjoy 10 smartfonu 1 noyabr tarixində satışa çıxacaq. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 169$-a, 4 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 198$-a, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya isə 198$-a satılacaq.

www.yenicag.az

2113
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv