Huawei yeni rekorda doğru gedir

Huawei yeni rekord göstəricilərə doğru gedir.

Yenicag.az dünən xəbər vermişdi ki, Huawei şirkəti bu il artıq 200 milyon smartfon satışı göstəricisini əldə edib. Baxmayaraq ki, ilin bitməsinə hələ 2 ay var, şirkət bu 2 ay üçün olan planlarını açıqlayıb. Bu barədə Gizchina saytında xəbər çıxıb. Şirkət təmsilçilərindən biri olan He Gang bildirib ki, şirkət bu il ümumilikdə 240-250 milyon smartfon satmağı planlaşdırır.

Bura həm şirkətin öz smartfonları həm də Honor brendinin smartfonları daxildirlər. Yəni şirkətin yeni rekordu qırması üçün sadəcə olaraq 40-50 milyon smartfon satması lazımdır. İlin sonuna kimi qalmış 2 ay ərzində isə bu tamamilə mümkün bir şeydir. Şirkət ilk növbədə üstünlüyü Mate 30 flaqman seriyasına verir.

Sözügedən smartfon seriyası hələ keçən ay təqdim olunmuşdu. Bu ay isə artıq 1 milyon Mate 30 satılıb. Ümumilikdə şirkət ilin sonuna kimi 10 milyon Mate 30 satmağı planlaşdırır. Şirkətin ilk qatlana bilən smartfonu Mate X-ə gəldikdə isə Huawei onun barəsində bir fikir bildirməyib.

O sadəcə qeyd edib ki, şirkət hal hazırda bu məsələdə istifadəçilərin rəylərini və smartfona olan tələbatlarını müşahidə edir.

COP29