Hücum hazırlığındakı terrorçular zərərsizləşdirildilər

Türkiyə hərbçiləri hücum hazırlığındakı 7 terroçunu zərərsizləşdirib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın şimalında həyata keçirilən “Fırat kalkanı” antiterror əməliyyatı ərazisində hücum hazırlığındakı 7 terrorçu zərərsizləşdirilib.

Bununla da gün ərzində zərərsizləşdirilən terrorçuların sayı 16-ya yüksəlib.