Hücuma hazırlaşan 2 terrorçu öldürülüb

Türkiyənin Şırnak bögəsində jandarma və PKK-çı terroristlər arasında qarşıdurma baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki terrorçu öldürülüb. Bununla belə PKK-ya aid çoxlu sayda silah-sursat aşkar edilərək götürülüb. Şırnak valililiyinin verdiyi məlumata görə, qarşıdurma dünən saat 19:00 radələrindən başlayaraq, bu günə qədər davam edib. Jandarmanın əməliyyatı uğurla başa çatdırılıb.