“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuzluğa düçar olub. Çünki Ukrayna qoşunları NATO-nun nümunələri və stereotiplərinə əməl edərək hərbi elmin qanunlarına zidd hərəkət ediblər”.
Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Rusiyaya qarşı başlatdığı əks-hücum əməliyyatları fonunda uğursuzluqların səbəbindən danışan hərbi ekspert, istefada olan polkovnik Viktor Litovkin deyib.
O, ABŞ kəşfiyyatının keçmiş zabiti Toni Şoferin Ukraynanın hücumdan müdafiəyə keçməsi ilə bağlı bəyanatına da münasibət bildirməyi unutmayıb.
Litovkin bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı uğursuzluğa düçar olub. Çünki Ukrayna qoşunları NATO-nun nümunələri və stereotiplərinə əməl edərək hərbi elmin qanunlarına zidd hərəkət ediblər:
“Ukrayna tamamilə müdafiəyə keçdiyi zaman əks-hücumun yekunlaşdığını demək mümkün olacaq. Qərb təlimatçılarının müdafiəni dərindən dəf etmək təcrübəsi yoxdur. Bərabər gücə malik dövlətlərə qarşı əməliyyatlarda iştirak etməyiblər.
Ukrayna hava üstünlüyü olmadan əks-hücum əməliyyatlarına başlayıb. Bu amil nəzərə alınmadan uğur əldə etmək qeyri-mümkündür.
Ukraynanın iki ay ərzində başlatdığı əks-hücum əməliyyatlarında 43 min insan və 3 minə yaxın zirehli texnika məhv olub”.
Nəsimi Ələsgərli