Hulusi Akar antiterror əməliyyatlarından DANIŞDI

Türkiyə Silahlı Qüvvələri “Qış Qartalı” antiterror əməliyyatını uğurla başa vurublar.

Yenicag.az xəbər verir ki, bu barədə milli müdafiə naziri Hulusi Akar deyib.

O, qeyd edib, ki, PKK/YPG terrorçularının gizləndiyi sığınacaqlar və mağaralar Hərbi Hava Qüvvələri tərəfindən məhv edilib.

Onun sözlərinə görə, axtarışda olan bir çox terrorçu zərərsizləşdirilib.