Hulusi Akar: “Fransa Qarabağ məsələsində həllin deyil, problemin parçası olduğunu bir daha nümayiş etdirdi”

“Senatın qətnaməsi Fransanın Qarabağ məsələsində həllin deyil, problemin parçası olduğunu bir daha nümayiş etdirib”.

Yenicag.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar noyabrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsinə münasibət bildirərkən deyib.