Hulusi Akar Latviyaya səfər edəcək

Türkiyə milli müdafiə naziri Hulusi Akar bu gün Latviyaya səfər edəcək.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində o, latviyalı həmkarı Artis Pabrikslə görüşəcək.

Görüşdə NATO-nun Madrid Sammitinin qərarlarının icrası və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın müzakirəsi gözlənilir.