Hulusi Akar: “Qardaş Azərbaycanın yanında olmağa çalışırıq”

“Dost və qardaş Azərbaycan və Liviyanın yanında olmağa çalışırıq”.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Türk Silahlı Qüvvələrinin motivasiya və fədakarlığı bizi çox duyğulandırdı. Bu fədakarlıq və qəhrəmanlıqla hər cür çatışmazlığa, embarqo və məhdudiyyətlərə baxmayaraq bütün işlərin öhdəsindən gəldik və gəlməyə də davam edəcəyik. Niyə? Çünki mübarizə aparmaq üçün əzm və qətiyyətimiz var. Bir nəfər qalsaq belə bayrağımızı uca tutmaq üçün mübarizəmizi davam etdirəcəyik”- deyə nazir vurğulayıb.

PKK terror qruplaşması ilə mübarizəyə toxunan Hulusi Akar deyib ki, PKK heç bir halda Türkiyədə yaşayan kürdlərin təmsilçisi ola bilməz: “Onsuzda orada bir kimlik problemi də var. PKK-nın içərisində ermənilər, avropalı və afrikalılar da var. Təəssüf ki, türk də var. Yəni, PKK bir terror qruplaşmasıdır”.