Hulusi Akar ukraynalı həmkarı ilə müzakirə APARDI

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Ukraynanın müdafiə naziri Aleksey Reznikov arasında telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Reznikov 30 Avqust Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Günü münasibətilə təbriklərini çatdırıb.

Nazir Akar da həmkarına təşəkkür edərək, ölkəsinin Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb.