Hulusi Akar ukraynalı həmkarı ilə telefonla danışdı

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Oleksiy Reznikov arasında telefon danışığı olub.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Bildirilib ki, nazirlər mülki vətəndaşların təxliyəsi barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, daha əvvəl H.Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

COP29