Hulusi Akar, Zakir Həsənov və digər yüksək vəzifəli hərbçilər Müdafiə Nazirliyində – FOTO / VİDEO

Türkiyə Müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyinə gələrək, görüş keçiriblər. Görüş zamanı Hulusi Akar Zakir Həsənovu qələbə münasibətilə təbrik edib.

Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə olunub.