Hulusi Akar Zakir Həsənovla Elçin Quliyevə zəng etdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə və müdafiə naziri general-polkovnik Zakir Həsənova başsağlığı verib.

Yenicag.az xəbər verir ki, telefon danışığında türkiyəli nazir Qaraheybətdə həlak olan hərbçilərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.