Hulusi Akardan mühüm Qarabağ AÇIQLAMASI: “Atəşkəsə riayət olunması üçün…”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qarabağda tətbiq olunmuş atəşkəs rejimini dəyərləndirib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hulusi Akar bu çərçivədə nəzərdə tutulan işlər barəsində danışıb:

“Qarabağda atəşkəs rejiminə riayət olunmasının monitorinqi üzrə səylər davam edir. Orada qurulacaq müşahidə məntəqələri arasında patrul xidməti də təşkil olunacaq”.