!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hulusi Kılıç “İMZA”nın Türkiyə nümayəndəsi seçildi - FOTOLAR

!Reklam – Yazi

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin İdarə heyətinin yığıncağı keçirilib.

Yenicag.az xəbər verir ki, İB-nin idarə heyətinin toplantısında vurğulanıb ki, “İMZA” öz xarici əlaqələrini bundan sonra da genişləndirmək niyyətindədir.

Belə ki, xarici ölkələrdə tədricən nümayəndələr təyin olunacaq və bu seçimlərdə əsas meyar Azərbaycan dövlətinə və millətinə bağlılıq, milli maraqlarımıza sədaqətlə xidmət etmək olacaq. İdarə heyətinin qərarı ilə ilk xarici nümayəndə qardaş Türkiyədə fəaliyyət göstərəcək.

“İMZA”nın Türkiyə nümayəndəsi yekdilliklə qardaş ölkənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç seçilib. O, müvafiq sənədləri imzalayıb. Sədr Xəyyam Əsgərov H.Kılıça İB-nin üzvlük vəsiqəsini təqdim edib. “İMZA” rəhbəri bildirib ki, qardaş ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümü günlərinə təsdüf etmiş bu təyinat həm də rəmzi məna daşıyır. Biz Türkiyəni öz dövlətimiz hesab edirik və ona görə də belə bir qərar qəbul etmişik. Hulusi Kılıç isə uzun illərdir ki, məhz bu amallara-qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə sədaqətlə xidmət edir. Dövlətlərimiz arasında əlaqələrin inkişafında onun müstəsna xidmətləri var. X.Əsgərov əlavə edib ki, Hulusi bəy həm də “İMZA” sədrinin İqtisadi məsələlər üzrə müşaviri vəzifəsini də yerinə yetirəcək.

Sədr kollektiv adından H.Kılıça gəlcək fəaliyyətində uğurlar arzuladı. “İMZA” İB-nin Türkiyə nümayəndəsi, sədrin İqtisadi məsələlər üzrə müşaviri, fövqəladə və səlahiyyətli səfir H.Kılıç ona göstərilən bu etimada görə minnətdarlıq etdi. Bir “İMZA”-çı olaraq bundan sonra da xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin inkişafına töhfələr verəcəyini, İB-nin layihələrinin həyata keçirilməsində öz üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışacağını və bunda da ən vacib prinsip kimi qəbul etdiyi “Bir Millət, İki Dövlət” məfkurəsini əsas götürəcəyini dedi.

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv