Hulusi Kılıç yenidən imza günündə – FOTOLAR

Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi: Hulusi Kılıç informasiya cəbhəsində” kitabının növbəti dəfə imza günü keçirilib.

Yenicag.az xəbər verir ki, “Azərkitab” kitab evində baş tutan imza gününə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Cəmil Çiçək, millət vəkilləri və ictimaiyyət nümayəndələri qatılıb.

İmza gününə vətəndaşlar tərəfindən böyük maraq göstərilib.

Qeyd edək ki, Hulusi Kılıç Günel Yaz tərəfindən ərsəyə gətirilən kitabın satışından əldə edilən gəliri “YAŞAT” Fonduna ianə edəcək.

Xatırladaq ki, Hulusi Kılıç bu günədək kitab satışından əldə edilən 12 min manatı fonda köçürüb.

Onu da bildirək ki, sözügedən kitabın Bakı və İstanbulda təqdimat mərasimi keçirilib. Növbəti təqdimatın Ankara şəhərində keçirilməsi planlaşdırılır.