Hülya Avşar verilişində İbrahim Tatlıses və Sibel Canla bağlı maraqlı etiraf edib.
Yenicag.az xəbər verir ki, verilişin qonağı olan Muazzez Abacı ilə söhbətləşən Hülya: “İzmirdə İbrahim Tatlıseslə səhnəyə çıxacaqdıq. Afişalarda artıq yapışdırılmışdı. Lakin İbrahim Tatlıses məni heyətdən çıxartdı, yerimə isə Sibel Canı götürdü. Çox pis olmuşdum, ağladım… Sibel Canın saçlarını yolmaq istəyirdim. Son anda imdadıma Muazzez Abacı yetişdi və məni öz heyətinə götürdü”, sözlərini deyib.
İddiaya görə, bir zamanlar İbrahim Tatlıses Sibel Canın səhnəyə çıxdığı restoranın sahibinə zəng edərək, “Sibeli bu gecə göndərməsən, bir daha sənin restoranında səhnəyə çıxmayacam” deyib. Bundan sonra Sibel Can təcili olaraq İzmirə yollanıb.