Hülya Koçyiğit xəstəxanalıq oldu – FOTO

Türkiyənin məşhur aktrisası Hülya Koçyiğit xəstəxanalıq olub.

Yenicag.az xəbər verir ki, 70 yaşlı aktrisanın ayağı burxulub.

O, tədbirə vaxtında çatmaq üçün maşından düşdükdən sonra qaçmağa başlayıb və bu zaman yıxılıb. Nəticədə Hülya Koçyiğitin topuğu çatlayıb.

Durumun fərqinə yalnız tədbir başa çatdıqdan sonra varan aktrisa ayağının şişdiyini görüb. Xəstəxanaya çatdırılan 70 yaşlı Koçyiğitin ayağına gips qoyulub.