!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Human Rights Watch"un HESABATI: “Bu, bizim informasiya uğurumuzdur” - Fazil Mustafa

!Reklam – Yazi

“Bu hesabatı Azərbaycanın müəyyən istiqamətlərdə yürütdüyü siyasətin düzgünlüyünü göstərir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Human Rights Watch” insan haqları təşkilatının ötən gün yayımlanan hesabatında İkinci Qarabaq Müharibəsində Ermənistanın Azərbaycanın yaşayış məntəqələrini bir neçə dəfə qadağan olunmuş klastr sursatlı silahlardan atəşə tutması faktının yer almasına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, “Human Rights Watch” təşkilatı bununla öz imicini də düşünməyin vacibliyini dərk etdiyini göstərib:

“Bilirlər ki, bu dəfə də Azərbaycana qarşı qeyri-obyektiv, ermənipərəst mövqe sərgiləsələr, onlar üçün çox utancverici olacaq.

Ümumilikdə isə “Human Rights Watch” təşkilatının bu hesabatı Azərbaycanın müəyyən istiqamətlərdə yürütdüyü siyasətin düzgünlüyünü göstərir.

Biz bunları nəzərə almalıyıq. Daha ciddi işləsək, bu cür hesabatların obyektiv hazırlanmasına təsir göstərə bilərik”.

Səxavət Məmməd

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv