İspaniyalı 100 metrlik məsafəni hündürdaban ayaqqabılarla qaçaraq adını Ginnesin Rekordlar Kitabına yazdırıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Roberto Lopez Rodriguez adlı kişi bu məsafəni 7 sm-lik stiletto ilə qaçıb.
Belə ki, Lopez 12,82 saniyəyə yol qət edərək, 57-ci Ginnesin Rekordlar Kitabına düşüb.
34 yaşlı ispan “Hündürdaban ayaqqabıda yüksək sürətlə qaçmaq mənim üçün çox çətindir. İspaniyada belə yarışlar olur və mən onları həmişə bəyənmişəm”, – deyə yerli KİV-ə açıqlama verib.
O, əvvəlki rekordçu, 2019-cu ildə 14,02 saniyə ilə rekord vuran alman Andre Ortolfunu geridə qoya bilib.