!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüquq müdafiəçiləri ölüm hökmünün bərpasından danışdı

!Reklam – Yazi

7292649_qMilli Məclisin son iclasında deputat Elmira Axundova ölkədə məişət zorakılığının artmasından narahatlığını ifadə edərək, ağır cinayət törədənlərə, həyat yoldaşının başını kəsənlərə, azyaşlıları zorlayanlara qarşı ölüm hökmünün bərpa edilməsini təklif edib.

Qeyd edək ki, artıq 18 ildən çoxdur ki, Azərbaycanda ölüm hökmü tətbiq olunmur. Amma son zamanlar bəzi cinayətlərə görə ölüm hökmünün bərpa edilməsini təklif edənlər də meydana çıxıblar. Göründüyü kimi, bu məsələ artıq Milli Məclisdə də səslənməyə başlayıb, özü də xanım deputat tərəfindən.

Görəsən, ölkənin ictimai siyasi həyatında bu və ya digər dərəcədə rol oynayan digər xanımların sözügedən məsələyə münasibəti necədir?

Mehriban Vəzir ile ilgili görsel sonucuYazıçı-publisist Mehriban Vəzir Yenicag.az-a açıqlamasında məsələnin ilk öncə ictimai müzakirəyə çıxarılmasını, ancaq ondan sonra ölüm hökmünün bərpa edilib-edilməməsi barədə ümumi fikir yürütməyin mümkün olduğunu bildirdi:

“Dünyanın inkişaf etmiş ölkələrinin bəzilərində ölüm hökmü var, bəzilərində isə bu cəza növündən imtina edilib. Hətta ABŞ-ın bəzi ştatlarında ölüm hökmü tətbiq olunur. Bu iş bir fərd və ya bir millət vəkilinin təklifilə keçməz. Məsələ ictimai müzakirəyə çıxarılmalıdır. İctimai xadimlər, fəallar, qeyri-hökumət təçkilatı üzvlərinin rəyləri öyrənilməlidir. Yəni cəmiyyətin rəyi tam öyrəniləndən sonra məsələ barədə nəsə danışmaq olar. Məsələ bir mənim, bir sənin deməyilə olan iş deyil. Bu bir nəfərlik, hətta bir parlamentlik də qərar deyil. İctimai müzakirələrin nəticələrinə görə cəmiyyətimizin nə istədiyi, bəzi ağır cinayətlərə görə ölüm hökmünün bərpasını, yoxsa olduğu kimi qalması barədə bir fikir yürütmək olar. Yalnız cəmiyyətin, xalqın fikrinə söykənməklə məsləni həll etmək olar. Təəssüf ki, hələlik Azərbaycanda belə ənənələr formalaşmayıb. Amma bütün hallarda cəmiyyətin istəyi öyrənilməlidir. Bilirsiniz ki, Türkiyədə də belə bir məsələ qaldırıblar”.

Novella Cəfəroğlu ile ilgili görsel sonucuDilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu isə ölüm cəzasının bərpası təkliflərinə qəti olaraq “yox” cavabını verdi:

“Ağır cinayət törədən insanlara mən də nifrət edirəm. Amma buna baxmayaraq heç bir halda ölüm cəzası Azərbaycana gəlməməlidir. Çünki Azərbaycan Avropa İttifaqının konvensiyalarına qoşulub. İkincisi, qanunun bərpası ilə ağır cinayət törədən birdəfəlik öləcək. Amma ömürlük cəza ilə cinayətkar hər gün elədiyi vəhşiliyə görə peşman olacaq. Bu mənada ölüm cəzasının bərpasının əleyhinəyəm”.

 

ELÇİN
Yeniçağ.Az

www.yenicag.az

515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv