Hüquq müdafiəçilərindən dövlətin zirvəsinə müraciət – Məhbuslarla bağlı…

Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı və Arzu Abdullayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitce-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar.

Yenicag.az xəbər verir ki,  hüquq müdafiəçiləri müraciətdə cəzaçəkmə müəssisələrində epidemioloji vəziyyətin yaxşılaşdırılması, hər hansı virusların qarşısının alınması məqsədilə verilmiş cəzanın böyük qismini çəkmiş məhbusların azadlığa buraxılmasını xahiş ediblər.