“Hüquqi-demokratik islahatlar uğurla həyata keçirilir” – Fuad Ələsgərov

“Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquqi-demokratik islahatlar, böyük infrastruktur layihələr və sosial yönümlü proqramlar uğurla həyata keçirilir”

Bunu Prezident Administrasiyasının Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərov Daxili İşlər Nazirliyinin bu gün keçirilən kollegiya iclasında bildirib.

F. Ələsgərov respublikamızda ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, eyni zamanda, aidiyyatı Dövlət Proqramlarından, Milli Fəaliyyət Planlarından irəli gələn vəzifələrin yüksək səviyyədə icra olunduğunu, cinayətkarlıqla mübarizə, ictimai təklükəsizliyin təmini sahələrində bir sıra uğurlar qazanıldığını qeyd edib.

PA rəsmisi xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyəti, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.

Yenicag.az