!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hüquqşünas: "Təklifin heç bir legitim əsası yoxdur" - Qanun layihəsinə etiraz edənlərin sayı artır

“Vəkillərin cərimələnməsi ilə bağlı təklif edilən layihə ədalətin təmin olunmasına mane olacaq”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin müzakirəsinə təqdim edilmiş “əsasssız vəsatət” verən tərəfin (vəkil – red.) 500 manat inzibati cəriməyə məhkum olunmasını özündə əks etdirən qanun layihəsinə münasibət bildirən hüquşünas Ələsgər Məmmədli deyib.

Ələsgər Məmmədli sözügedən təklifin birbaşa məhkəmə müdafiə hüququna müdaxilə olduğunu qeyd edib:

“Təklifin heç bir legitim əsası yoxdur və ədalətin təmini yolunu süni şəkildə bağlayıcı, vəkili isə aşağılayıcıdır. Bununla yanaşı, digər yanlış təklif dövlət rüsumlarının 50 faizi (ödənilən hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq məhkəmələrin aparatlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq üçün müvafiq olaraq Ali Məhkəmənin, apelyasiya instansiyası məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürülməsinin nəzərdə tutulmasıdır.

Dövlət rüsumu tam büdcəyə ödənilməli, məhkəmə çalışanlarının sosial müdafiəsi isə heç bir şərtə-yığıma tabe olmadan birbaşa dövlət büdcəsindən ödənməlidir”.

Gülşən Şərif

www.yenicag.az

471
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100