!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hürrəm Sultanın nəvəsi Parisdə tapıldı - FOTO

!Reklam – Yazi

Lara Adra Osmanoğlu adını ilk dəfə eşidirik.

Yenicag.az bildirir ki, Lara Adra Osmanlı İmperiyası tarixini dəyişən qadın Hürrəm Sultanın yaşayan nəvələrindən biridir.

Parisdə yaşayan və Osmanlının ən gənc qadın üzvlərindən biri olan Lara Adra 1986-cı ildə Parisdə anadan olub. Amma ailəsi o dövrdə Livandaydı. Müharibə səbəbindən Fransaya qayıdan rus əsilli anası Nadya Boqayevski doğuşdan sonra Livana qayıtdı. Amma ölkədəki problemlər ucbatından Parisə köçmək məcburiyyətində qaldı.

Onun atası Cemil Adra Sultan II Əbdülhəmidin oğlu Şahzadə Mehmed Səlimin qızı Nemika Sultanın qızı Fatma Fethiye Hanımsultanın oğludur. Livanda yaşayanda atası Cemil Adranın ofisi bombalandı və ailə çətin günlər keçirdi. Bu səbəbdən Fransaya köçdülər. İki yaşından bu yana Fransada yaşayan və bir fransız kimi böyüyən Lara Adra özünü “qautre quart” adlı fransız keksinə bənzədir: “Bu keks kərə yağı, süd, şəkər və qatıqdan hazırlanır. Mən də beləyəm. Fransız, livanlı, rus və türkəm”.

Osmanlı imperiyası qalsaydı, Lara Adra şahzadə ünvanı alacaqdı və sarayda yaşayacaqdı. Amma bu gün adi bir gənc kimi yaşayır və bankda işləyir. Lara Adra sürgünə gedən sultan ailəsinin yaşadıqlarını dinləyərək böyüyüb. Fransada iqtisadiyyat üzrə təhsil alıb və ABŞ-da magistr dərəcəsinə yiyələnib. Parisdə bir bankda işləyir. Fransada onun kim olduğunu sadəcə yaxın dostları bilir. Şahzadə soyundan gəldiyi üçün qürur duyur. Amma Osmanlı tarixini bilməyən avropalıların ittihamlarını da eşitmək istəmir.

Lara Adra Osmanlı nəslindən olduğu üçün qürur duyur:
“Buna dəyər verdiyim üçün danışmıram. Mənim üçün çox önəmli və bununa qürur duyuram. Osmanlı imperiyası qalmasa da, hazırda sadəcə tarix olsa da, yenə də qürur duyuram. Ailəyə mənim kimi önəm verməyən bir insanla danışmaq istəmirəm. Çünki Fransada insanlar türk və Osmanlı tarixini bilmirlər. Sadəcə Avropa tarixini bilirlər”.

Lara Adra eyni zamanda Sultan II Əbdülhəmidin nəvəsi olan nənəsi Fethiye Hanımsultana da heyranlığını dilə gətirib: “Sarayda yaşadığı halda sürgünə getdi və evinin xərclərini ödəmək üçün zinət əşyalarını satdı”.

Fethiye Sultan 12 yaşında sürgünə göndərilib. O, Fransada ailə qurub və ailəsini dolandırmaq üçün zinət əşyalarını satmaq məcburiyyətində qalıb.
“Müstəqil insan olub. İki əri ölüb dul qalıb və üç uşağını böyüdüb. Beyrutda qaynının evinin birinci mərtəbəsində yaşayıb. Uşaqlarını istədiyi kimi böyüdüb. Qadınlara at minmək qadağan edildiyi dövrdə nənəm at çapıb”, – deyə Lara Adra nənəsindən bəhs edib.

Evdə fransız dilində danışdıqları üçün türk dilini öyrənə bilməyən Lara Adra 12 yaşında ilk dəfə Türkiyəyə səfər edib. Bütün sarayları gəzib və Topkapı sarayını çox bəyənib:

“Türkiyə hər şeydən əvvəl mənim bir parçamdır. Havasını, günəşini, hər şeyini sevirəm. Sürgündən əvvəl vətəndaşı idik. Qəlbimiz, tariximiz, hər şeyimiz Türk”./ölkə.az/

www.yenicag.az

12815
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv