!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Hürrem”in sürpriz sevgilisi-Fotolar

!Reklam – Yazi

33957_6js5hy24c8 (1)2014-cü ilin bitməsinə az qalmış almaniyalı aktrisa Məryəm Üzərli ilə aktyor Ozan Güvənin sürpriz eşqi Türkiyə mediasının gündəminə çevrilib.

“Möhtəşəm yüz il” serialında Rüstəm Paşanı canlandıran Ozanla Akatlarda görüntülənən Hürrəm Sultan sevgilisi ilə yumor ustası Cem Yılmazın evinə qonaq gedib.

Gecə yarısı aktyorun evindən ayrılan cütlük əvvəlcə küçədə heç kimin olmadığını düşünüb və əl-ələ tutaraq yollarına davam edib. Lakin qəflətən qarşılarında “Hürriyət”in fotokameralarını görən kimi özlərini itiriblər və bir-birlərinin əllərini buraxıblar. Sürətlə yeriyən Məryəmlə Ozan bir qədər sonra qucaqlaşaraq yollarına davam ediblər.

Jurnalistlərin “Nə vaxtdan birlikdəsiniz” sualına tanınmışlar gülümsəyərək cavab veriblər.

Qeyd edək ki, Ozan Güvənin Türkan Dərya ilə evliliyindən Əli adlı oğlu, Məryəm Üzərlinin iş adamı Can Atəşlə münasibətindən isə Lara adlı bir qızı var.

www.yenicag.az

1068
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv