Hüseyin Büyükfırat: “Tarixi dönəmdən keçən türk birliyinə bu şəkildə töhfə verəcəyik”

“Biz tarixi dönəmdən keçən türk birliyinə bu şəkildə töhfə verəcəyik. İş dünyasının öhdəsinə çox önəmli vəzifələr düşdüyünü bilirik. Biz öhdəliyimizi dərk edərək buna bənzəyən layihələrimizi davam etdirəcəyik”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin “Anadolu” Agentliyinə açıqlamasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumunun təşkilatçılarından “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat deyib.

“Bölgədə yeni qapı açılıb. Türk dünyasını birləşdirən prosesə doğru gedirik. Foruma Türkiyə və Azərbaycanın həm dövlət rəsmiləri, həm də iş dünyasından şəxslər qatıldılar. Panel müzakirələri də çox məhsuldar keçdi. Stratejik qərarlar alındı”, – deyə qeyd edən TÜİB sədri Azərbaycan və Türkiyə liderlərinin 15 milyard dollarlıq illik ticarət həcmi hədəfini xatırladıb:

“Bu il ticarət həcmi 7 milyard dolları keçib. Bizi bu hədəfə aparacaq önəmli bir toplantı oldu. Biz bu hədəfə köklənərək işləri izləmək üçün sistem quracağıq.

Biz tarixi dönəmdən keçən türk birliyinə bu şəkildə töhfə verəcəyik. İş dünyasının öhdəliyinə çox önəmli vəzifələr düşdüyünü bilirik. Biz öhdəliyimizi dərk edərək buna bənzəyən layihələrimizi davam etdirəcəyik”.

Hüseyin Büyükfırat həmçinin forumun nazirlər səviyyəsində təşkil edildiyini xatırladaraq bunun Azərbaycan və Türkiyə hökumətlərinin iş adamlarına verdiyi dəstəyin göstəricisi olduğunu vurğulayıb.

COP29