!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüseyn Abdullayev Rza İbadovu niyə satmaq istəyib?

!Reklam – Yazi

1444917560_quska-1Bir zamanlar özlərini “Əliyevçi” kimi təqdim edərək, bu yolla milyonlar qazanan şəxslər bu gün Azərbaycan dövlətin qarşı çıxırlar və ara qarışdırmaqla məşğuldurlar. Vətəndə qazandıqları pullar hesabına xaricdə vətənlərini satmaqla məşğuldurlar.

Belə şəxslərdən biri də, “Quska” ləqəbi ilə tanınan Hüseyn Abdullayevdir. Ara-sıra bu şəxsin fikirlərini sosial şəbəkələrdə görürük və sanki özü haqqında “mif” yaradır. Üstəlik, daima dövlətçiliyə xidmətindən bəhs edən bəyanatlarla cəmiyyəti çaşdırmağa çalışır.

H.Abdullayevlə bağlı “google”da axtarış apararkən qarşımıza keçmiş polis rəisi Müşviq Mədətovun 2013-ci ildə virtualaz.org-a verdiyi müsahibəsi çıxdı. Müsahibədə bəzi fikirlər diqqətimizi çəkməyə bilməzdi. M.Mədətov müsahibədə onunla bağlı maraqlı məqamlara toxunub. Demək olar keçmiş polis rəisi müsahibədə onun gerçək simasını ortaya qoyub.

Onun müsahibəsindən aydın olur ki, “Quska” nəinki dövlətçiliyin qurulmasında iştirak edib, əslində bu prosesə sonradan təsadüf qoşulanlardan olub. “Quska” hər zaman 90-ci illərdə Naxçıvanın müdafiəsində və Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsində rolunu qabardır. Əslində, gerçəklik tamam başqa mənzərəni yaradır. Baxın, Müşviq Mədətov bu faktı inkar edərək “Quska”nın bu prosesdə rolunun olmadığını bildirir: “Hüseyn Abdullayev və onun kimilər bu hadisələrin heç birində olmayıb. Onlar 1997-ci ildən sonra ortaya düşdülər. Bunların hamısını sübut edərəm. İstəyirlərsə, məni məhkəməyə də verə bilərlər. Amma dediklərimi sübut edərəm”.

Bir məsələni xatırladaq ki, ”quska” feysbuk səhifəsində dostluqla bağlı status paylaşmışdı. Dostlarının vəfasızlığından gileylənirdi. Amma,məlum olur ki,onun üçün dost anlayışı önəm kəsb etməyib. “Quska” bir zamanlar dostluq etdiyi insanları belə satmağa hazır idi. Müşviq Mədətov onun haqqında nələr deyir:

““Quska” yanıma gəlib dedi ki, Müşfiq, sən gəl mənimlə düşmənçilik eləmə, Rza səndən gedib prezidentə nələr deyibsə, hamısını yazmışam diskə. “Quska”ya dedim ki, bunu ikinizin də etdiyini bilirəm, amma indi çətinə düşən kimi gəlib Rzanı satırsan. Onlar o qədər adama pislik etdilər ki…”

M.Mədətovun “Quska”nın həbsxana həyatı ilə bağlı fikirləri də diqqətimizi çəkdi:
“Əlaqə saxlayıb məlumat alırdıq. Dustaqlar gəlib deyirdilər ki, “Quska” türmədə özünü dəliliyə vurub ağlayır. Anası girib kamerada ona uşaq kimi qaşıqla yemək yedirirmiş. Kürdəxanının rəisi Azər Seyidov özü mənə danışdı bunu. Dedi girdim kameraya “Quska”ya deyim ki, bura nazirlər düşüb, özünü “sındırma”. Naranın üstünə çıxıb qışqırıb ki, gəlməyin, məni öldürmək istəyirsiniz. “Quska” Bayılda olanda olub bu hadisələr. İndi “Quska”nın yanında heç kim yoxdu. O tutulanda da yanında heç kim yox idi. Kişi kimi yata da bilmədi. Həbsxanada “sındı”. Yaxınları girib kamerada ona-buna yalvarırdı. Müğənnilər çıxıb televiziyada bunun xahişini edirdilər. ”Quska”nın özü də neçə dəfə Qaradağ rayonunda qanunsuz silah işlədib. Amma ona cinayət işi açmayıblar. “Quska” haqqında faktlarım var. Guya mitinqləri dağıdırdılar. Əslində neftin pulundan yaxşıca qazanırdı. Adam döyürdülər. “Razborka”lara gedirdilər. Kommersantları döyüb pullarını alırdılar”,-deyə M.Mədətov əlavə edib.

M.Mədətov onun 15 iyulla bağlı ünvanlanan “fəaliyyətinə” maraqlı cavab verib:
“Deyirlər ki, 15 iyunda “Quska” belə elədi, elə elədi. 15 iyunda “Quska” olub ki? Bu adamlar Heydər Əliyev üçün heç nə etməyiblər. “Quska” Gəncədə olub? Ora adam göndərib? Bunların heç birini etməyib. 1993-cü ilin iyununda “Quska”nı heç kim görməyib”.

Sonda onu qeyd edək ki, “Quska” xaricdə Azərbaycan dövlətinə qarşı çıxır və antimilli qüvvələrlə işbirliyindədir. Bu şübhəsizdir. Bu gün etdiyi əməllərə görə, öz cəzasını çəkir. “Quska”nın cinayətləri bununla bitmir. Zaman-zaman onlar işıqlandıralacaq ki, insanlar yalançı qəhrəmanı daha yaxından tanısınlar.

Elcan

www.yenicag.az

2159
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv