!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hüseyn Büyükfırat "Fənərbaxça"nın prezidenti ilə görüşdü

!Reklam – Yazi

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TUİB) sədrinin I müavini, “Büyükfırat” Qrupun prezidenti Hüseyn Büyükfırat “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımla görüşüb.

Yenicag.az xəbər verir ki, tərəflərin görüşü qardaş ölkənin paytaxtı Ankara şəhərində, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyində baş tutub.

İşgüzar şəraitdə keçən görüşdə tərəflər əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, Azərbaycana ilk gələn iş adamlarından olan Hüseyn Büyükfırat da Əziz Yıldırım kimi uzun illər FETÖ-yə qarşı mübarizə aparıb və bu örgütə təslim olmayan azsaylı şəxslərdəndir. “Fənərbaxça” azarkeşi kimi tanınan H.Büyükfırat Azərbaycanda Türkiyədən gələn tələbələrin “Hüseyn abi”sidir.

Görüş “Fənərbaxça” klubu başqanı Əziz Yıldırımın Türkiyənin kənd təsərrüfatı naziri Əhməd Əşrəf Fakibabanı ziyarəti zamanı baş tutub.

Sağdan sola – Türkiyənin kənd təsərrüfatı naziri Əşrəf Fakibaba, Əziz Yıldırım və Hüseyn Büyükfırat

www.yenicag.az

3145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv