Bakıda yanğın: Uşaqlar təxliyə edildi – Son dəqiqə – VİDEO

Bakının Hüseyn Cavid prospektindəki binalardan birində yanğın başlayıb.

Yenicag.az xəbər verir ki, yanğın 5 mərtəbəli binanın 2-ci mərtəbəsindəki evdə qeydə alınıb. Mənzildən 3 azyaşlı təxliyə edilib.

Hazırda hadisə yerinə cəlb olunan FHN-nin yanğınsöndürənləri təhlükənin qarşısını almağa çalışırlar. Hadisənin baş vermə səbəbləri araşdırılır.